Miqrasiya nədir?
Miqrant kimdir?
Potensial miqrant nəyi bilməlidir
Qanunsuz Miqrasiya
Xaricdə çətin vəziyyətə düşsəniz
Xaricdə məskunlaşmaq
Xaricdə Kömək üçün kimə müraciət etməli
İnsan Alveri
TSS
Əlaqə
 

Miqrasiya Informasiya Mərkəzi

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycanda həyata keçirdiyi milli potensialların yaradılması və Avropa İttifaqı ilə Cənubi Qafqaz ölkələrinin regionlararası dialoqunun təşkili vasitəsilə tənzimlənən miqrasiya üçün şəraitin yaradılması üzrə Vahid Yanaşma Layihəsi çərçivəsində Bakıda və Naxçıvanda Miqrasiya İnformasiya Mərkəzi (MİM) fəaliyyət göstərir. Məkəzlərin məqsədi tənzimlənməyən miqrasiyanın qarşısını almaq üçün əhalinin miqrasiya problemləri barədə biliklərini artırmaqdan ibarətdir. MİM-in qarşısında duran əsas vəzifə potensial və mövcud miqrantlara, marağı olan bütün şəxslərə xarici ölkələrin miqrasiya prosedurları, qanuni miqrasiyanin imkanları barədə obyektiv və dolğun məlumat təqdim etməkdən, onları tələsik qərarlar qəbul etməkdən, tənzimlənməyən miqrasiya və insan alveri ilə bağlı təhlükələrdən qorumaqdan ibarətdir.
MİM zəruri avadanlıqla, yerli və xarici rəsmi mənbələrdən alınmış elektron məlumatlarla təchiz olunmuşdur. Azərbaycan və ingilis dillərində olan bu məlumatlar müntəzəm olaraq yeniləşdirilir. Eyni zamanda, əhaliyə məlumat xarakterli bir sıra materiallar - broşürlər, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri, BMqT-nin missiyaları, miqrantlarla işləyən təşkilatların ünvan və telefonlarından ibarət məlumat kitabçaları paylanılır, plakat və bukletlər yayılır. Bu nəşrlər insanları Azərbaycanlı miqrantların xarici ölkələrdəki həyatı və tez-tez üzləşdikləri çətinliklərlə tanış edir, eyni zamanda oxucuları miqrantların xaricə qanunsuz daşınması ilə məşğul olan vasitəçilərərə və ayrı-ayrı şəxslərə muraciət etməyin təhlükəli olması barədə xəbərdar edir.
MİM həmçinin kütləvi informasiya vasitələri ilə bir sıra birgə tədbirlər və regionlarda ictimaiyyətlə görüşlər də keçirir.
Miqrasiya informasiya mərkəzlərinin xidmətləri pulsuz və anonimdir.

Siz telefon və elektron ünvanlara da müraciət edib lazımi məlumatları ala bilərsiniz.


Bakı tel: (+994 12) 465-11-95
  Elektron ünvan: info@iom.az
 

 Xəbərdarlıq:
 Internet  Fırıldaqları

İnternet və e-ünvanları marketinqində miqrasiya ilə baglı fırıldaqçı təkliflərə ehtiyatla yanaşın. Miqrasiya etmək qərarında olan hər bir şəxs internet şəbəkə-sində təklif olunan yalançı vədlərdən xəbərdar olmalıdır. Fırıldaqçılar potensial miqrantlardan pul vəsaiti əldə etmək məqsədi ilə miqrantları inandırmağa çalışırlar ki, onlar hansısa hüquqşünaslar assosiasiyasının, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT), BMT-nin və yaxud da hansısa başqa bir humanitar təşkilatın nəzdində çalışırlar.
Ətrafli >>>