İnternet və e-ünvanları marketinqində miqrasiya
ilə baglı fırıldaqçı təkliflərə ehtiyatla
yanaşın. Miqrasiya etmək qərarında olan hər bir
şəxs internet şəbəkə-sində təklif olunan yalançı
vədlərdən xəbərdar olmalıdır. Fırıldaqçılar
potensial miqrantlardan pul vəsaiti əldə etmək
məqsədi ilə miqrantları inandırmağa çalışırlar
ki, onlar hansısa hüquqşünaslar assosiasiyasının,
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT),
BMT-nin və yaxud da hansısa başqa bir humanitar
təşkilatın nəzdində çalışırlar.