|
|
|
Miqrasiya nədir?
Dünyada milyonlarla insan öz vətəninin hüdudlarından kənarda yaşayır, oxuyur və
yaxud da işləyir. Bəlkə, siz də onlar kimi hərəkət etmək, başqa ölkəyə getmək
istəyirsiniz. Ancaq qəti qərar qəbul etməzdən əvvəl mütləq etibarlı informasiya
mənbələrinə müraciət edərək “lehinə” və “əleyhınə” olan hər şeyi ciddi
ölçüb-biçmək lazımdır. Kinofilmlər,
fotoqrafiyalar, tanışlarından eşitdikləri h ekayətlər çox vaxt gələcək
miqrantlarda reallığa uyğun olmayan ümidverici perspektivlər barədə yanlış
təsəvvürlər yaradır. Miqrantlar yad ölkələrdə ciddi problemlərlə qarşılaşır, iş
tapa bilmir, həkimə müraciət etmək imkanından məhrum olur, deportasiya təhlükəsi
ilə üzləşirlər. çox vaxt emiqrantlar xarici ölkələrdəki uğursuzluqlarından
sonra gecikmiş peşmançılıq hissləri ilə etiraf edirlər: “əgər mən başıma nələr
gələcəyini əvvəlcədən bilsəydim, ...”.
Emiqrasiya edərkən qəbul olunmuş tələsik qərarlar müvəffəqiyyətə yox, böyük
məyusluqlara gətirib çıxara bilər. Bütün bunlardan xilas olmaq üçün Sizi xarici
ölkədə nələrin gözlədiyini əvvəlcədən dəqiq təsəvvür etməlisiniz. Bu saytdakı
materiallar Sizi maraqlandıran suallardan çoxuna cavab tapmaqda, miqrasiya
reallıqları haqqında çox şeyi öyrənməkdə və lazımsız risklərdən çəkinməkdə Sizə
kömək edə bilər.
| Bakı | tel: (+994 12) 465-11-95 |
| | Elektron ünvan:
info@iom.az
|
 |
|
|
| İnternet və e-ünvanları
marketinqində miqrasiya ilə baglı fırıldaqçı
təkliflərə ehtiyatla yanaşın. Miqrasiya etmək
qərarında olan hər bir şəxs internet şəbəkə-sində
təklif olunan yalançı vədlərdən xəbərdar
olmalıdır. Fırıldaqçılar potensial miqrantlardan
pul vəsaiti əldə etmək məqsədi ilə
miqrantları
inandırmağa çalışırlar ki, onlar hansısa
hüquqşünaslar assosiasiyasının, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT), BMT-nin və yaxud
da hansısa başqa bir humanitar təşkilatın
nəzdində çalışırlar.
|
|