|
|
|
Kimlər miqrant hesab olunurlar?
Uzun müddət (adətən bir ildən artıq) yad ölkədə yaşayan insan miqrant hesab olunur. Bəzən mövsümi qazanc dalınca, məsələn, kənd təsərrüfatı məhsulu yığmaq üçün xaricə gedən şəxsləri də miqrant adlandırırlar. Eyni zamanda, turistlər, zəvvarlar, müalicə olunmaq üçün xaricə gedənlər və xaricdə ezamiyyətdə olanlar miqrant hesab olunmurlar.
Qanunsuz miqranta çevrilməyin!
Onları heç yerdə gözləmirlər! |
Qanunsuz miqrantlar kimlərdir?
Hər bir ölkə əcnəbilərin onun ərazisində olmaq prosedur və şərtlərini müəyyən edir. Müəyyən olunmuş qaydalara riayət etməyən şəxslər qanunsuz miqrantlar hesab olunurlar. Bu şəxslər aşağıdakılardır.
- Qanuni sənədləri olmadan ölkəyə daxil olan və ölkədə gizli qalan şəxs;
- Ölkəyə saxta sənədlərlə daxil olan şəxs;
- Qanuni sənədlərlə ölkəyə daxil olan, lakin ölkədə icazə verilən müddətdən artıq qalan və yaxud digər hər hansı bir şəkildə daxil olmaq və bu ölkədə olmaq qaydalarını pozan və burada qanuni əsası olmadan qalan şəxs.
|
|
| İnternet və e-ünvanları
marketinqində miqrasiya ilə baglı fırıldaqçı
təkliflərə ehtiyatla yanaşın. Miqrasiya etmək
qərarında olan hər bir şəxs internet şəbəkə-sində
təklif olunan yalançı vədlərdən xəbərdar
olmalıdır. Fırıldaqçılar potensial miqrantlardan
pul vəsaiti əldə etmək məqsədi ilə
miqrantları
inandırmağa çalışırlar ki, onlar hansısa
hüquqşünaslar assosiasiyasının, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT), BMT-nin və yaxud
da hansısa başqa bir humanitar təşkilatın
nəzdində çalışırlar.
|
|