|
|
|
Potensial miqrant nəyi bilməlidir
-
Xaricdə işləmək üçün xüsusi viza və icazə
lazimdir. Bu viza və icazə aidiyyəti səfirlikdən alınmalıdır.
- Siz getdiyiniz ölkənin dilini bilməlisiniz. Dil bilmədən Siz iş tapa və yeni şəraitə uyğunlaşa
bilməyəcəksiniz.
- Xarici ölkədə vəd olunan iş haqqında təkliflərə diqqətlə
yanaşın. Ola bilər ki, həqiqətdə heç bir iş yoxdur, Sizi isə arzu etmədiyiniz
işdə işləməyə məcbur edə bilərlər. Hətta psixiki, psixoloji və seksual
təzyiqlərə də məruz qala bilərsiniz
- Turizm firmalarından və yaxud işədüzəltmə
agentlikərindən aldığınız informasiyanın həqiqiliyini hər hansı bir sənədi
imzalamazdan və yaxud pul ödəməzdən əvvəl aidiyyəti səfirlikdə dəqiqləşdirin.
Tələb olunan pulun hamısını dərhal və getdiyiniz ölkəyə vizanı almamişdan əvvəl
ödəməyin.
- Yalnız Azərbaycan höküməti tərəfindən verilmiş lisenziya yerli
agentliklərə Azərbaycan vətəndaşlarını xarici ölkələrdə işə düzəltmək hüququ
verir. Bu agentliklərin adını əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyindən
öyrənmək olar.
- Sizə iş təklif edən işədüzəltmə agentlikləri yalnız lisenziyaya
malik olmamalıdırlar. Onlarda həmçinin Sizin gələcəkdə işə götürəcək təşkilatın
müqaviləsinin nümunəsi, adı, ünvanı, telefonu və digər əlavə kontrakt
informasiyaları olmalıdır. Müqavilədə aşağıdakilar öz əksini tapmalıdır: işin
təsnifatı, müqavilənin qüvvədə olduğu müddət, iş yerinin ünvanı, iş saatları,
maaş, istirahət günləri və sosial imtiyazlar (məsələn, tibbi sığorta).
- Əvvəlcədən təyinat ölkəsindəki həyat şəraiti haqqında məlumatları öyrənin.
Avropa ölkələrində yaşamaq çox baha başa gəlir və ola bilər ki, Sizin maaşınız
heç gündəlik yaşamağınıza da çatmaz. Müqavilənin mətnini diqqətlə oxuyun, mütləq
hüquqşünasla və ya Miqrasiya İnformasiya Mərkəzi ilə məsləhətləşin.
- Pasportunuzun və müqavilənizin sürətini, təyinat ölkəsindəki ünvanızı və
telefonunuzu, həmçinin Sizi gələcəkdə işə götürəcək təşkilatın və agentliyin, səfərinizi təşkil edən təşkilatın telefon və ünvanlarını ailənizdə saxlayın və yaxud dostlarınıza verin.
- Azərbaycan Respublikasının getdiyiniz ölkədəki səfirliyinin ünvanı və telefonlarını doğmalarınıza və ya tanışlarınıza verin. Xarici ölkəyə gələrkən dərhal Azərbaycan Respublikasının səfirliyində və yaxud konsulluğunda qeydiyyata durun və pasportunuzun surətini orada saxlayın.
- əmin olun ki, aşağıda göstərilən bütün lazımı sənədlərinizin yanınızdadır: pasport, viza (əgər vacibdirsə, işləmək və yaşamaq üçün icazə göstarilməklə), məktub-dəvətnamə, müqavilə və geriyə bilet.
- Unutmayın ki, pasportunuzu, vizanızı, işləmək və yaşamaq üçün icazənizi həmişə özünüzdə saxlamalısınız. Paspotunuzu heç kimə verməyin. Pasportunuzu yalnız vizanın və ya başqa sənədlərin rəsmiləşdirilməsi üçün rəsmi orqanlara və konsulluq şöbələrinə verə bilərsınız.
|
|
| İnternet və e-ünvanları
marketinqində miqrasiya ilə baglı fırıldaqçı
təkliflərə ehtiyatla yanaşın. Miqrasiya etmək
qərarında olan hər bir şəxs internet şəbəkə-sində
təklif olunan yalançı vədlərdən xəbərdar
olmalıdır. Fırıldaqçılar potensial miqrantlardan
pul vəsaiti əldə etmək məqsədi ilə
miqrantları
inandırmağa çalışırlar ki, onlar hansısa
hüquqşünaslar assosiasiyasının, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT), BMT-nin və yaxud
da hansısa başqa bir humanitar təşkilatın
nəzdində çalışırlar.
|
|