|
|
|
Qanunsuz miqrasiya: reallıq, risk və nəticələr
Çox hallarda insanlar öz iqtisadi vəziyyətlərini yaxşılaşdırmaq məqsədi ilə
xaricə üz tuturlar. Sizin emiqrasiya etmək qərarınızı eşidərkan qohumlarınız və
dostlarınız Sizə məsləhətlər verir, özəl agentliklər isə öz vasitəçiliklərini
təklif edirlər. Onlar müəyyən ödəniş müqabilində xaricə getmək üçün lazım olan
sənədlərin hazırlanmasında, sığınacaq və yaşayış üçün və yaxud da bu və ya digər
ölkədə işləməyə icazə alınmasında köməklik göstərilməsinə zəmanət verirlər.
Təcrübə göstərir ki, gələcək miqrantlar əksər hallarda onları Avropa
ölkələrinə aparacaqlarını vəd edən vasitəçilərə pul ödəmək üçün əmlaklarını
satır və yaxud da borc götürürlər. Onlar həqiqətən də inanırlar ki, xaricdəki
qazancları hesabına nəinki borclarını qaytaracaq, hətta öz ailələrinin maddi
vəziyyətlərini də xeyli yaxşılaşdıracaqlar. Lakin vasitəçilər tərəfindən
aldadılan potensial miqrantların çoxu heç də üz tutduqları ölkəyə düşə bilmirlər.
Təyinat ölkəsinə daxil olmağa nail olanlar isə çox tezliklə başa düşürlar ki,
reallıq onların görmək istədikləri mənzərədən kəskin şəkildə fərqlənir. Məsələn, çoxları səhfən elə təsəvvür edirlər ki, Avropa ölkələrində iş
tapmaq asandır. əslində isə Avropa İttifaqı ölkələrində işsizlik səviyyəsi
olduqca yüksəkdir və işə götürərkən yerli vətəndaşlara üstünlük verilir. Ona
görə də Azərbaycandan olan miqrantların qanuni iş tapmaq imkanı demək olar ki,
heçə bərabərdir. Həmçinin, əgər Siz turist vizası ilə gəlmisizsə, ölkədə yaşamaq
üçün rəsmi icazə ala bilməzsiniz. İcazəsiz qalanlar isə qanunsuz miqranta
çevrilirlər. Qanunsuz miqrant olduqları təqdirdə onların işləmək, sosial və
tibbi kömək üçün müraciət etmək üçün, uşaqlarının isə təhsil almaq hüquqları
olmur. əgər Siz qanunsuz miqrantsınızsa, Sizi istənilən an Azərbaycana
deportasiya edə bilərlər, bu isə o deməkdir ki, Siz istəyinizə nail olmadan evə
qayıdacaqsınız.
Qərbi Avropada əcnəbilər üçün
yüksəkmaaşlı iş yerləri haqqında cəlbedici vədlərə inanmayın. Xaricdə pul
qazanmaq əvəzinə olan pullarınızı da itirə bilərsiniz.
|
Qanunsuz miqrantın həyatı o qədər də asan olmur. Avropa ölkələrində qanunsuz
yaşayan azərbaycanlılar tez-tez cinayətkar qrupların qurbanlarına çevrilirlər.
Bu qruplar onları istismar edir və yaxud da ən ağır və alçadıcı işlərdə işləməyə
məcbur edirlər. Bu cür işlər əsasən “çirkli”, çətin və əksər hallarda sağlamlıq
üçün zərərli olur. Miqrantlar üçün Qərbdə yüksəkmaaşlı iş yerləri haqqında
cəlbedici, lakin yalan vədlərə inanmayın. Xaricdə pul qazanmaq əvəzinə olan
pullarınızı da itirə bilərsiniz.
|
|
| İnternet və e-ünvanları
marketinqində miqrasiya ilə baglı fırıldaqçı
təkliflərə ehtiyatla yanaşın. Miqrasiya etmək
qərarında olan hər bir şəxs internet şəbəkə-sində
təklif olunan yalançı vədlərdən xəbərdar
olmalıdır. Fırıldaqçılar potensial miqrantlardan
pul vəsaiti əldə etmək məqsədi ilə
miqrantları
inandırmağa çalışırlar ki, onlar hansısa
hüquqşünaslar assosiasiyasının, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT), BMT-nin və yaxud
da hansısa başqa bir humanitar təşkilatın
nəzdində çalışırlar.
|
|