|
|
|
Çətin vəziyyətə düşmüş
miqrantlar üçün məsləhətlər
Siz yad ölkədə olarkan xeyli problemlərlə üzləşə bilərsiniz. Sənədlərsiz qala bilərsiniz, vizanızın müddəti başa çatdıqdan sonra vəsaitiniz olmadığı
üçün evə qayıda bilməzsiniz, bu zaman Siz qanunsuz miqranta çevrilirsiniz.
Bütün hallarda, əgər Siz cətin vəziyyətə düşmüşsünüzsə və yaxud nə isə, kimsə Sizin təhlükəsizliyinizə xələl gətirirsə, gecikmədən yerli hakimiyyət orqanlarına, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) nümayəndəliyinə və yaxud Azərbaycanın səfirliyinə müraciət edin (onlardan bəziləri ilə əlaqə
üçün məlumatları Siz bu saytda tapa bilərsiniz).
əgər Siz insan alverninin qurbanı olmusunuzsa və yaxud özünüzü təhlükədə hiss edirsinizsə, mütləq həmin ərazidəki yerli orqanlara, aidiyyəti beynəlxalq təşkilatların nümayəndəliklərinə, qeyri-hökumət təşkilatlarına, Azərbaycanın səfirlik və ya konsul-luğuna müraciət edin. Bu qurumlar Sizi müdafiə edəcəklər.
Qanunsuz miqrant kimi Siz daim risk qarşısında qalırsınız. Belə ki
Sizi istənilən vaxt Azərbaycana deportasiya edə bilərlər. Deməli
Siz istəyinizə nail olmadan geriyə qayıdırsınız
|
Azərbaycanın səfirliyində və yaxud konsulluğunda Sizin üçün müvəqqəti yol sənədləri ala bilərlər.
Əgər Siz könüllü olaraq vətənə qayıtmaq istəyirsinizsə, olduğunuz ölkədə BMqT-nin nümayəndəliyinə müraciət edə bilərsiniz. BMqT bir çox ölkələrdə insan alverinin qurbanlarına, sığınacaq üçün müraciətlərinə rədd cavabı almış və yaxud da çətin vəziyyətə düşmüş miqrantlara kömək göstərir.
|
|
| İnternet və e-ünvanları
marketinqində miqrasiya ilə baglı fırıldaqçı
təkliflərə ehtiyatla yanaşın. Miqrasiya etmək
qərarında olan hər bir şəxs internet şəbəkə-sində
təklif olunan yalançı vədlərdən xəbərdar
olmalıdır. Fırıldaqçılar potensial miqrantlardan
pul vəsaiti əldə etmək məqsədi ilə
miqrantları
inandırmağa çalışırlar ki, onlar hansısa
hüquqşünaslar assosiasiyasının, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT), BMT-nin və yaxud
da hansısa başqa bir humanitar təşkilatın
nəzdində çalışırlar.
|
|