Miqrasiya nədir?
Miqrant kimdir?
Potensial miqrant nəyi bilməlidir
Qanunsuz Miqrasiya
Xaricdə çətin vəziyyətə düşsəniz
Xaricdə məskunlaşmaq
Xaricdə Kömək üçün kimə müraciət etməli
İnsan Alveri
TSS
Əlaqə
 

Xaricdə məskunlaşmaq


Azərbaycan vətəndaşları üçün məhdud olsa da, qanuni əmək miqrasiyası xaricdə məskunlaşmaq imkanları mövcuddur. Məsələn, Avstraliya, Yeni Zelandiya və ABŞ-a miqrasiya üzrə xüsusi proqramlar vardır. Xaricə getmək, orada oxumaq və yaxud işləmək imkanları barədə Siz aidiyyəti səfirliklərdən və ya Miqrasiya İnformasiya Mərkəzindən məlumat ala bilər və yaxud da bu məlumatları internetdə tapa bilərsiniz.

Aşağıda bəzi rəsmi saytların ünvanları verilir:

Avstraliya: www.immi.gov.au
Kanada: cicnet.cl.gc/ca
www.dfait-maeci.gc.ca/ankara
www.canada.ru
Yeni Zelandiya: www.immigration.govt.nz
www.nzis.msk.ru
ABŞ: www.ins.usdoj.gov

Əsaslı dəlillər olmadan sığınacaq almaq üçün müraciət etməyə dəyməz:

Hər bir ölkə öz vətəndaşlarının təhlükəsizliyini qorumalıdır. Dövlət tərəfindən onun ərazisində əcnəbiyə təqdim olunan müdafiə sığınacaq adlanır. Qərbi Avropanın bu və ya digər ölkəsində sığınacaq almaq üçün Azərbaycandan olan miqrantların bəziləri vasitəçilərin təhriki ilə immiqrasiya xidmətlərinin nümayindələrinə uydurulmuş tarixçələr danışırlar. Guya ki, onları vətənlərində etnik, dini və yaxud da siyasi motivlərə görə sıxışdırırlar. Əgər miqrantın vətənində təqib olunması barədə danışdığı tarixçələri uydurduğu aşkar olunarsa və həqiqi sənədlərini gizlədərsə, onu qanunsuz miqrant kimi həbs edə və ölkədən deportasiya edə bilərlər.

Hər ay yüzlərlə qanunsuz miqrantı Avropa ölkələrində tutub saxlayır və ölkədən deportasiya edirlər.
Onlardan birinə çevrilməyin!

Hər bir şəxsin sığınacaq almaq hüququ vardır. Ona görə də Avropa ölkələrinin hökümətləri öz vətəndaşlarının müdafiəsini təmin edə bilməyən ölkələrdən olan vətəndaşlara olduqça ciddi yanaşırlar. Keçmiş sovet ittifaqı ölkələri, o cümlədən Azərbaycan belə ölkə hesab olunmadığlarına görə Qərb ölkələrindəki immiqrasiya qurumları adətən yalanları dərhal aşkar edir və bu regiondan olan ölkələrin vətəndaşlarına sığınacaq verməkdən imtina edirlər.

 

 

 

 

 Xəbərdarlıq:
 Internet  Fırıldaqları

İnternet və e-ünvanları marketinqində miqrasiya ilə baglı fırıldaqçı təkliflərə ehtiyatla yanaşın. Miqrasiya etmək qərarında olan hər bir şəxs internet şəbəkə-sində təklif olunan yalançı vədlərdən xəbərdar olmalıdır. Fırıldaqçılar potensial miqrantlardan pul vəsaiti əldə etmək məqsədi ilə miqrantları inandırmağa çalışırlar ki, onlar hansısa hüquqşünaslar assosiasiyasının, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT), BMT-nin və yaxud da hansısa başqa bir humanitar təşkilatın nəzdində çalışırlar.
Ətrafli >>>