Miqrasiya nədir?
Miqrant kimdir?
Potensial miqrant nəyi bilməlidir
Qanunsuz Miqrasiya
Xaricdə çətin vəziyyətə düşsəniz
Xaricdə məskunlaşmaq
Xaricdə Kömək üçün kimə müraciət etməli
İnsan Alveri
TSS
Əlaqə
 

İnsan alveri

“İnsan alveri” güc işlətmə və ya güc işləyədiləcəyi ilə hədələmə və digər formada məcburiyyət, oğurlama, fırıldaqçılıq, aldatma, hakimiyyətdən və ya köməksizlikdən sui-istifadə yolu ilə, yaxud başqa şəxsə nəzarət edən şəxsin razılığını pul və ya fayda verməklə alma yolu ilə insanların istismar məqsədi ilə cəlb edilməsi, daşınması, başqasına verilməsi, gizlədilməsi və ya əldə edilməsi deməkdir. Istismar ən az başqa şəxslərin fahişəliyinin istismarını və ya cinsi istismarının digər formalarını, məcburi əməyi və ya xidmətləri, köləliyi və ya köləliyə bənzər adətləri, asılı vəziyyəti və ya bədən üzvlərinin çıxarılmasını əhatə edir. (Birləşmiş Millətlər Təşkilatının Transmilli Mütəşşəkil Cinayətkarlığa qarşı konvensiyanı tamamlayan insan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, kökünün kəsilməsi və cəzalandırılması haqqında Protokol, Maddə 3)
İnsan alveri anlayışını müəyyən edən əsas elementlər: fəaliyyət (insanların cəlb edilməsi, daşınması, başqasına verilməsi, əldə edilməsi), vasitələr (güc işlətmə və ya güc işləyədiləcəyi ilə hədələmə və digər formada məcburiyyət, oğurlama, fırıldaqçılıq, aldatma, hakimiyyətdən və ya köməksizlikdən sui-istifadə yolu ilə, yaxud başqa şəxsə nəzarət edən şəxsin razılığını pul və ya fayda verməklə alma yolu) və məqsəd (istismar yolu ilə maddi və ya digər gəlirin əldə edilməsi)

 

 

 

 

 

 Xəbərdarlıq:
 Internet  Fırıldaqları

İnternet və e-ünvanları marketinqində miqrasiya ilə baglı fırıldaqçı təkliflərə ehtiyatla yanaşın. Miqrasiya etmək qərarında olan hər bir şəxs internet şəbəkə-sində təklif olunan yalançı vədlərdən xəbərdar olmalıdır. Fırıldaqçılar potensial miqrantlardan pul vəsaiti əldə etmək məqsədi ilə miqrantları inandırmağa çalışırlar ki, onlar hansısa hüquqşünaslar assosiasiyasının, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT), BMT-nin və yaxud da hansısa başqa bir humanitar təşkilatın nəzdində çalışırlar.
Ətrafli >>>