Miqrasiya nədir?
Miqrant kimdir?
Potensial miqrant nəyi bilməlidir
Qanunsuz Miqrasiya
Xaricdə çətin vəziyyətə düşsəniz
Xaricdə məskunlaşmaq
Xaricdə Kömək üçün kimə müraciət etməli
İnsan Alveri
TSS
Əlaqə
 
Potensial miqrantları ən çox maraqlandıran suallar

SUAL 1: Hazırda xaricdə iş və yaşamaq təklif edən firmaların sayı çoxdur. Hansı firmalara inanmaq olar?
SUAL 2: Şengen vizası nədir və onu necə almaq olar?
SUAL 3: Şengen vizası nədir və onu necə almaq olar?
SUAL 4: ABŞ və Kanadada yaşayan bacim və qardaşim var. Onlar həmin ölkələrin vətəndaşlarıdır. Daimi yaşamaq üçün onlardan birinin yanınıa getmək istəyirəm. Bunun üçün mən nə etməliyəm?
SUAL 5: Avstriya ərazisində yaşamaq üçün icazəni necə almaq olar?
SUAL 6: Viza almaq üçün ABŞ səfirliyinə müraciət etmişdim. Lakin mənə imtina ediblər və səbəbi barədə heç bir məlumat vermirlər. Xahiş edirəm hansı hallarda ABŞ ərazisinə daxil olmağa icazə verilmədiyini izah edəsiniz
SUAL 7: Xaricdə işləmək üçün icazəni necə ala bilərəm?
SUAL 8: Mən Almaniyaya getməyə hazırlaşıram. Almaniya vətəndaşlığını qəbul etmək qərarına gəlmişəm. Bilmək istəyirəm ki, kimlər bu ölkənin vətəndaşlığını almaq hüququna malikdirlər və bunun üçün nə etmək lazımdır?
SUAL 9: Kimlər əməkçi miqrant sayılır? Azərbaycan vətəndaşının xaricdə işləməsinin qanuni yolları hansıdır?
SUAL 10: Rusiya Federasiyasında tətbiq olunmuş miqrasiya kartı barədə ətraflı məlumat verməyinizi xahiş edirəm.
SUAL 11: Almaniyada miqrantların nikah bağlamaları üçün hansı sənədlər tələb olunur?
SUAL 12: Daimi yaşamaq üçün Yeni Zelandiyaya getmək istəyirəm. Xahiş edirəm bu ölkəyə immiqrasiyanın növləri barədə məlumat verəsiniz?
 
 SUAL 1:Hazırda xaricdə iş və yaşamaq təklif edən firmaların sayı çoxdur. Hansı firmalara inanmaq olar?

Cavab: Tamamilə haqlısınız. Belə firmaların sayı həddən artıq çoxdur və onlardan hansının etibarlı olub-olmamasını müəyyən etmək həqiqətən də çox çətindir. İlk növbədə reklam elanını diqqətlə oxumaq lazımdır. Firmaların fırıldaqla və saxtakarlıqla məşğul olmalarını büruzə verən əsas əlamətlərdən biri onların müvəffəqiyyətə, o cümlədən müraciətinizə müsbət cavab alınacağına və sənədlərinizin səfirlikdə qeydiyyatdan keçiriləcəyinə yüz faiz təminat vermələridir (heç bir firmanın buna hüququ yoxdur).
Aşağıdakı vədlərə də ehtiyatla yanaşmalısınız: «Biz hər şeyi bacarırıq!», «Ancaq biz bunu edə bilərik!», «Avropanın istənilən ölkəsinə emiqrasiya və yaxud işədüzəlmə!». Bu cür şüarlara inanmağa dəyməz. Heç bir firmanın nəticənin təminatına söz verməyə və sənədlərin baxılması müddətini təyin etməyə nə mənəvi, nə də hüquqi haqqı yoxdur. Peşəkar heç vaxt xarici ölkələrin dövlət miqrasiya xidmətlərinin səlahiyyətində olan işlərə görə məhsuliyyəti öz üzərinə götürməz. Çoxillik iş təcrübəsi, işçilərin kvalifikasiyası və vədlərin reallığı firmanın etibarlı olmasının əsas qarantı ola bilər.

SUAL 2: Şengen vizası nədir və onu necə almaq olar?

Cavab: Şengen vizası bir sıra Qərbi Avropa ölkələri tərəfindən 1985 ildə imzalanmış sazişə uyğun olaraq veirlir və qüvvədə olur. Sazişin əsas məqsədi Avropa sərhədlərində azad yerdəyişmə zonasının yaradılmasından ibarətdir. Şengen vizası onu almış şəxsə şengen zonasına daxil olan ölkələrə ayrıca viza almadan sazişi imzalayan bütün ölkələrə getmək və burada qalmaq imkanı verir. Əgər siz bir səfər zamanı bir neçə şengen ölkəsinə getməyi planlaşdırırsınızsa, gedəcəyiniz ilk ölkənin səfirliyindən viza almaq kifayətdir.
İlkin olaraq şengen zonasına Belçika, Almaniya, Lüksemburq, Hollandiya və Fransa daxil idilər. Sonradan İspaniya, İtaliya, Portuqaliya və Yunanıstan bu sazişə qoşulmuşlar. 2001-ci ildə isə Danimarka, İslandiya, Norveç, Finlandiya və İsveç də bu sazişi imzalamışlar.
Şengen sazişi Avropa Birliyi sazişlərindən ayrı imzalansa da, Avropa Birliyinə daxil olmaq istəyən ölkələrin sərhəd nəzarət rejimləri şengen standartlarına (Amsterdam müqaviləsi ilə nəzərdə tutulan) uyğun olmalıdır.
Azərbaycan vətəndaşları şengen zonasına daxil olan ölkəyə getmək istəyirlərsə, viza almaq üçün həmin ölkənin Azərbaycandakı səfirliyinə müraciət etməlidirlər. Azərbaycanda səfirliyi olmayan Hollandiya, Belçika və Lüksemburqa getmək istəyən Azərbaycan vətəndaşları isə viza almaq üçün Fransanın Bakıdakı səfirliyinə müraciət etməlidirlər. İndiyədək həmin ölkələrə şengen vizalarını Almaniyanın Azərbaycandakı səfirliyi verirdi. Fransa səfirliyi öz ölkəsi və yuxarıda adı çəkilən ölkələrlə yanaşı, İspaniya və Portuqaliyaya da vizalar verir. Almaniyanın Azərbaycandakı səfirliyi isə Avstriyaya viza verir.

Siz ABŞ-a və Kanadaya immiqrasiya üçün «ailə birləşməsi proqramı»nda iştirak edə bilərsiniz.
«Ailə birləşməsi» proqramında Kanadaya immiqrasiya etmək üçün aşağıdakı şərtlər irəli sürülür:

  • Kanadada yaşayan qohumunuz sizə sponsor dəstəyi göstərməlidir (bu zaman sponsor qohumunuzun yaşı 19-dan az olmamalıdır və mütləq Kanada vətəndaşı olmalıdır);
  • Sponsor yaşayış yeri üzrə İmmiqrasiya Mərkəzinə ərizə ilə müraciət etməli və sizə 10 illik müddətində maliyyə dəstəyi göstərəcəyini bildirməlidir;
  • Siz tibbi müayinədən keçməlisiniz.

Əgər sponsorunuzun müraciətinə İmmiqrasiya Xidməti tərəfindən müsbət cavab verilərsə, Kanadanın müvafiq səfirliyi və yaxud konsulluq şöbəsi bu barədə sizə məlumat verir.
«Ailə birləşməsi» proqramında ABŞ-a immiqrasiya etmək üçün isə aşağıdakılar vacibdir:

  • ABŞ vətəndaşı olan və yaxud ABŞ-da daimi yaşayan və yaşı 21-dən az olmayan qohumunuzun sponsorluğu (o, ərinə/arvadına, uşaqlarına, valideynlərinə, qardaş və bacılarına maddi dəstək göstərə bilər);
  • Sponsorunuz sənədləri yaşadığı yer üzrə İmmiqrasiya və Naturalizasiya Xidmətinə (İNS) təqdim etməlidir.

Yekun cavabın alınması bir-neçə həftədən bir-neçə ilə qədər çəkə bilər. Qeyd etmək lazımdır ki, qardaş və bacı üçün icazənin alınmasından ötrü daha uzun müddət gözləmək lazım gələ bilər.

SUAL 5: Avstriya ərazisində yaşamaq üçün icazəni necə almaq olar?

Cavab:Ölkənini ərazisində yaşayış üçün alınmış icazə faktiki olaraq həm yaşamaq, həm də işləmək üçün icazə deməkdir və bu cür icazəni almaq olduqca çətindir. Avstriyanın, eləcə də digər Avropa ölkələrinin xarici siyasəti miqrasiyanın azaldılmasına və ölkəyə daxil olmanın mürəkkəbləşdirilməsinə yönəldilmişdir. Bunun da sayəsində vizaların sayı kəskin şəkildə azalmışdır.
Avstriyada yaşamaq üçün icazəni aşağıdakı şəxslər ala bilərlər:

  • artistlər,
  • iş adamları,
  • avstriyalıların və ya Avstriyada yaşayan Aİ ölkələri vətəndaşlarının ailə üzvləri (arvad, ər, uşaqlar, valideynlər),
  • Avstriyada işləyən şəxslərin ailə üzvləri.

Avstriyada yaşamaq üçün icazə almaqdan ötrü aşağıdakı sənədlər tələb olunur:

  • tibbi arayış,
  • aylıq gəlir haqqında arayış,
  • yaşayış yeri haqqındp arayış (icarə müqaviləsi),
  • nikah haqqında şəhadətnamə.

Yaşayış üçün viza 1 il müddətinə verilir. Sonra onun müddətini 2 il artırmaq, bundan sonra isə daha 2 il də artırmaq mümükündür. 5 ildən sonra ölkədə daimi yaşamaq üçün icazə almaq olar.

SUAL 6: Viza almaq üçün ABŞ səfirliyinə müraciət etmişdim. Lakin mənə imtina ediblər və səbəbi barədə heç bir məlumat vermirlər. Xahiş edirəm hansı hallarda ABŞ ərazisinə daxil olmağa icazə verilmədiyini izah edəsiniz

Cavab:ABŞ-ın immiqrasiya qanunları ölkənin təhlükəsizliyinin, asayişin və vətəndaşların sağlamlıqlarının qorunması məqsədi ilə viza almaq üçün müraciət edən əcnəbilərin bəzi kateqoriyalarına viza veilməsinə qadağa qoyur. Viza alınmasında aşağıdakı müraciət edənlərə imtina oluna bilər:

  • yoluxucu xəstəliklərə, məsələn vərəmə tutulmuş şəxslərə;
  • fiziki və əqli qüsurlara malik olan şəxslərə;
  • narkomanlara;
  • narkotik maddələrin yayılması, fahişəlik və vasitəçiliklə məşğul olan şəxslərə;
  • ağır cinayət hadisəsi, o cümlədən əxlaqi cinayətlər törətmiş şəxslərə;
  • terrorçuluq və təxribat fəaliyyəti ilə məşğul olan şəxslərə;
  • totalitar partiyaların üzvlərinə;
  • keçmiş nasistlərə;
  • müharibə dövründə cinayətlər törətmiş şəxslərə;
  • ABŞ-da dövlətin və cəmiyyətin köməyinə iddia ehtimalı olan şəxslərə;
  • ABŞ-a daxil olmaq üçün yalandan və digər qeyri-qanuni metodlardan istifadə edən şəxslərə.

Qeyd etmək lazımdır ki, hər bir dövlət səbəbini izah etmədən viza verilməsində imtina etmək hüququna malikdir. Viza almaq məqsədi ilə mürcjiət edən şəxs özünün viza almaq hüququnu təmin etmək üçün ərizədə göstərilən məlumatların düz olmasına and içməli və yaxud rəsmi sənədlər təqdim etməlidir. Onun göstərdiyi məlumatlar diqqətlə araşdırılır və faktların qəsdən saxtalaşdırılması həmin şəxsin ABŞ-a daxil olmasına həmişəlik qadağa qoyulmasına və yaxud da əgər ölkəyə daxil olmuşsa, deportasiyaya gətirib çıxara bilər.

SUAL 7: Xaricdə işləmək üçün icazəni necə ala bilərəm?

Cavab:Həqiqətən də bir sıra ölkələr sənayenin bəzi sahələrində çalışmaq üçün fəhlə və mütəxəssislərə ciddi ehtiyac duyurlar. Bu cür hallarda vakant yerləri tutmaq üçün əcnəbilərə icazə verən xüsusi hökumət proqramı hazırlanır.
Xaricdə işləmək üçün icazə və müvafiq viza almaq üçün aidiyyəti ölkədə Sizi gələcəkdə işə götürən şirkətdən dəvətnamə vacibdir. Bunun üçün Sizi işə götürən sahibkar təyinat ölkəsindəki insan resurslarının inkişafı departamenti və yaxud da digər müvafiq idarə tərəfindən təsdiq olunmuş rəsmi icazə almalıdır. Bu zaman sahibkar həmin işi ölkə vətəndaşının icra edə bilmədiyini və yaxud da icra etmək istəmədiyini sübut etməlidir. Bu cür siyasət dövlətin daxili əmək bazarını qorumaq məqsədi ilə həyata keçirilir.

 SUAL 8: Mən Almaniyaya getməyə hazırlaşıram. Almaniya vətəndaşlığını qəbul etmək qərarına gəlmişəm. Bilmək istəyirəm ki, kimlər bu ölkənin vətəndaşlığını almaq hüququna malikdirlər və bunun üçün nə etmək lazımdır?

Cavab:Almaniya vətəndaşlığını almaq uzunmüddətli bir prosedurdur. Vətəndaşlıq almaq üçün müxtəlif qaydalar mövcuddur. Məsələn, 1933-1945-ci illərdə alman vətəndaşlığından məhrum olmuş və ölkədən köçürülmüş almanlar və yaxud Almaniyada 15 ildən az olmayaraq yaşayan əcnəbilər Almaniya vətəndaşlığını ala bilərlər .
Almaniya ərazisində yşamaq üçün icazə və yaxud yaşamaq hüququ əsasında ən azı 15 il yaşamış əcnəbilər əgər öz ölkələrinin vətəndaşlığından imtina edərlərsə və yaxud da vətəndaşlıqdan məhrum olunublarsa, ağır cinayət törətməyə görə məsuliyyətə cəlb olunmayıblarsa və Almaniyada yaşamaq üçün kifayət qədər vəsaitləri olduğunu sübut edə bilərlərsə, vətəndaşlıq almaq hüququ əldə edirlər.
Digər bütün hallarda qərar mülahizələr əsasında qəbul olunur. Yəhudi immiqrantlarla (kontingent qaçqınlar) bağlı hallar da mülahizələr əsasında qərar qəbul olanan hallara aiddir. Onlara Almaniyada 7 il yaşadıqdan sonra vətəndaşlıq almaq üçün ərizə verə bilərlər. Lakin bu halda belə bir şərt qoyulur ki, ərizə verən uzun müddət (davamlı şəkildə) öz yaşayışını özü təmin etməlidir. Hər bir ailə üzvü ayrıca ərizə verməli olsa da, ailənin ümumi gəliri əsas götürülür. Bu o deməkdir ki, ailə (ər-arvad, azyaşlı uşaqlar) həmin gəlirlə öz yaşayışını təmin etməlidir. Həmçinin, əvvəlki vətəndaşlıqdan imtina prinsipi də qüvvədə qalır.
Mülahizələr əsasında vətəndaşlıq verilməsinin sonrakı şərtləri aşağıdakılardır: yaşa və təhsilə uyğun olaraq alman dilini və dövlətin qanunlarını bilmək, dövlətin köməyi olmadan, yəni sosial yardım və işsizliyə görə müavinət almadan yaşayışın təminatı, mühakimə olunmamaq və ya əvvəlki vətəndaşlıqdan məhrumolma.
Almaniyanın ayrı-ayrı şəhər və vilayətlərində vətəndaşlıq verilməsi üzrə məsul olan bütün idarələr müvafiq suallara cavab verirlər.

SUAL 9: Kimlər əməkçi miqrant sayılır? Azərbaycan vətəndaşının xaricdə işləməsinin qanuni yolları hansıdır?

Cavab:Azərbaycan Respublikasının «Əmək miqrasiyası haqqında» Qanununun 1-ci maddəsinə əsasən, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün qanuni əsaslarla bir ölkədən başqa ölkəyə miqrasiya edən fiziki şəxs əməkçi miqrant hesab edilir. Həmin Qanunun 12-ci maddəsində göstərilir ki, 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər. Azərbaycan Respublikası vətəndaşları xarici hüquqi və ya fiziki şəxslərin birbaşa dəvəti, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxslərin vasitəçiliyi ilə və ya fərdi yolla xarici ölkələrdə işə düzələ bilərlər.
Bu qanun işlədiyi ölkədə daimi yaşayanlara, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara, beynəlxalq müqavilələr əsasında yaradılmış təşkilatların rəhbər işçilərinə, diplomatik nümayəndəlik və konsulluqlarda işləyənlərə, benyəlxalq təşkilatlarda işləyənlərə, üç aydan çox olmayan müddətdə ezamiyyətdə olanlara, müvafiq icra hakimiyyəti orqanı tərəfindən işə cəlb edilənlərə, dövlət qeydiyyatına alınmış dini təşkilat və cəmiyyətlərdə dini fəaliyyətlə məşğul olanlara, kütləvi informasiya vasitələrinin akkreditə olunmuş əməkdaşlarına, dənizçilərə, idmançılara və incəsənət işçilərinə, ali təhsil müəssisələrində mühazirə kurslarının oxunması üçün dəvət edilən professor-müəllim heyətinə, mühazirəçilərə və elmi-tədqiqat işləri aparan mütəxəssislərə şamil edilmir.
Azərbaycan Respublikası vətəndaşları xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşgul olduqda 1 ay müddətində Azərbaycan Respublikasının həmin ölkədəki diplomatik nümayəndəliklərində qeydiyyatdan keçməli və həmin ölkədə işləmələri barədə rəsmi sənəd təqdim etməlidirlər.
Fiziki şəsxlərin vasitəçilik sahəsində fəaliyyət göstərmələri qadağandır.

 SUAL 10: Rusiya Federasiyasında tətbiq olunmuş miqrasiya kartı barədə ətraflı məlumat verməyinizi xahiş edirəm.

Cavab:Rusiya Federasiyası ölkədə olan əcnəbilərin qeydiyyatını aparmaq və saylarını dəqiqləşdirmək məqsədi ilə miqrasiya kartı tətbiq etmişdir. Kart xarici vətəndaşın ölkəyə qanuni yolla gəldiyini, işləməyə və yaşamağa icazəsi olduğunu təsdiq edir. Dövlət başçıları, rəsmi nümayəndə heyətinin üzvləri və diplomatik toxunulmazlıq hüququ olan şəxslər miqrasiya kartlarından azaddırlar. Kartda şəxsin adı, doğum tarixi, pasport nömrəsi, vətəndəşlığı, Rusiyada qalma müddəti və gəlmək məqsədi göstərilir. Eyni məlumatlar kartın hər iki identik hissəsində qeyd olunur. Kartın bir hissəsi (A) ölkəyə daxil olarkən, digər hissəsi (B) isə ölkədən çıxarkən təhvil verilir.
Miqrasiya kartı almaq üçün etibarlılıq müddəti ötməmiş pasport, işləmək və yaşayış üçün icəzə sənədi təqdim etmək lazımdır. Azərbaycan Respublikasının vətəndaşları Rusiya Federasiyasına vizasız getdiklərinə görə miqrasiya kartlarını ölkəyə giriş məntəqələrində doldurmalıdırlar və 3 iş günü ərzində yerli pasport və viza idarələrində qeydiyyatdan keçməlidirlər.
Qanuni vizası olan şəxslər miqrasiya kartını həmişə özləri ilə gəzdirməyə məcbur edilmirlər. Lakin hər ehtimala qarşı kartı özünüzlə daşımağınız məsləhətdir. Vizası olmayan şəxslər isə miqrasiya kartlarını həmişə özləri ilə gəzdirməlidirlər. Yuxarıda göstərilən qaydaları pozanlar cərimə olunur və yaxud da ölkədən deportasiya edilirlər

SUAL 11: Almaniyada miqrantların nikah bağlamaları üçün hansı sənədlər tələb olunur?

Cavab:Almaniyada nikah bağlamaq üçün aşağıdakı sənədləri təqdim etmək lazımdır:

  • Sənədlərin təqdim olunmasından altı aydan az olmayaraq əvvəl verilmiş doğum haqqında yeni şəhadətnamə. Yeni şəhadətnaməni birinci şəhatənaməni vermiş VVAQ şöbəsindən almaq lazımdır.
  • Nikah haqqında şəhadətnamə (axırıncı nikah), həmçinin əvvəlki bütün nikahların (əgər olubsa) pozulması haqqında şəhadətnamə. Əgər ər və ya arvad ölmüşsə, dul qalmış ər/arvad həyat yoldaşının ölümü haqqında arayış təqdim etməlidir.
  • Cari ailə vəziyyəti haqqında «iki şahidin ifadəsi». Ailənin iki üzvü, məsələn, valideynlər, qardaş və bacılar ailə vəziyyəti haqqında ifadə verir və bunu imzaları ilə təsdiq edirlər. İmzalar notariusda və yaxud rəsmi idarədə təsdiq olunmalıdır. Onların verilmə tarixi altı aydan artıq olmamalıdır.
  • Almaniyanın müvafiq pasport qeydiyyatı idarəsi tərəfindən verilmiş şəxslərin qeydiyyat reestrindən çıxarış.
  • Əgər yetkinlik yaşına çatmayan şəxslər (18 yaşına qədər) öz ölkələrində qalırlarsa, valideynlik hüququnun ərə/arvada və yaxud digər şəxsə verilməsi haqqında şəhadətnamə təqdim etmək vacibdir. Şəhadətnamə boşanma prosesi haqqında qərara daxil olmadığı hallarda ər/arvad və yaxud qəyyum tərəfindən imzalanmış və notarius tərəfindən təsdiq olunmuş arayış təqdim olunmalıdır.
  • Əgər nikah bağlamaq istəyən şəxsin 16 yaşına çatmamış uşaqları varsa və onları özü ilə Almaniyaya aparmaq istəyirsə, məhkəmə tərfindən qəyyumluq haqqında verilmiş arayış təqdim olunmalıdır. Bundan əlavə, hər bir uşaq üçün doğum haqqında yeni şəhadənamə də təqdim olunmalıdır.

 SUAL 12: Daimi yaşamaq üçün Yeni Zelandiyaya getmək istəyirəm. Xahiş edirəm bu ölkəyə immiqrasiyanın növləri barədə məlumat verəsiniz?

Cavab:Yeni Zelandiyaya immiqrasiyanın aşığıdakı növləri mövcuddur:
Peşə – bu növ üzrə immiqrasiyanın əsas meyarları kimi iddiaçının ixtisası, iş stacı və yaşı nəzərdən keçirilir.
Biznes immiqrasiyası – bu növ «Sərmayəçi» və «Sahibkar» meyarlarını özündə birləşdirir. Əsas məqsəd Yeni Zelandiyanın iqtisadi inkişafına maliyyə yatıra bilən imkanlı iş adamlarını ölkəyə jəlb etmək, sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, ölkənin valyuta ehtiyatlarını artırmaq və beynəlxalq əlaqələrini möhkəmləndirməkdən ibarətdir.
Ailə immiqrasiyası – bu növ Yeni Zelandiya rezidenti ilə nikahda olanlara, hal-hazırda Yeni Zelandiyada qohumları olan, ölkədə rezident kimi daimi yaşayan şəxslərə immiqrasiya imkanı verir.
Humanitar – Yeni Zelandiya vətəndaşı olan və yaxud ölkədə daimi yaşayan qohumu tərəfindən maliyyə dəstəyi ilə təmin olunan şəxslər üçün nəzərdə tutulmuşdur.

 Xəbərdarlıq:
 Internet  Fırıldaqları

İnternet və e-ünvanları marketinqində miqrasiya ilə baglı fırıldaqçı təkliflərə ehtiyatla yanaşın. Miqrasiya etmək qərarında olan hər bir şəxs internet şəbəkə-sində təklif olunan yalançı vədlərdən xəbərdar olmalıdır. Fırıldaqçılar potensial miqrantlardan pul vəsaiti əldə etmək məqsədi ilə miqrantları inandırmağa çalışırlar ki, onlar hansısa hüquqşünaslar assosiasiyasının, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT), BMT-nin və yaxud da hansısa başqa bir humanitar təşkilatın nəzdində çalışırlar.
Ətrafli >>>