Miqrasiya nədir?
Miqrant kimdir?
Potensial miqrant nəyi bilməlidir
Qanunsuz Miqrasiya
Xaricdə çətin vəziyyətə düşsəniz
Xaricdə məskunlaşmaq
Xaricdə Kömək üçün kimə müraciət etməli
İnsan Alveri
TSS
Əlaqə
 

Internet fırıldaqları

XƏBƏRDARLIQ: İnternet və e-ünvanları marketinqində miqrasiya ilə baglı fırıldaqçı təkliflərə ehtiyatla yanaşın.
Miqrasiya etmək qərarında olan hər bir şəxs internet şəbəkəsində təklif olunan yalançı vədlərdən xəbərdar olmalıdır. Fırıldaqçılar potensial miqrantlardan pul vəsaiti əldə etmək məqsədi ilə miqrantları inandırmağa çalışırlar ki, guya onlar hansısa hüquqşünaslar assosiasiyasının, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT), BMT-nin və yaxud da hansısa başqa bir humanitar təşkilatın nəzdində çalışırlar.
BMqT bildirir ki, müxtəlif mənbələrdən olan e-ünvanları və ya vebsaytların doğruluğunun təyin edilməsi xahişi ilə bizə xeyli sayda müraciət edənlər olmuşdur. Potensial miqrantlar xüsusilə ehtiyatlı olmalıdırlar, çünki fırıldaqçılar BMT-nin müxtəlif agentliklərinin və BMqT-nin loqolarının surətini, adlarını və burada çalışan əməkdaşların şəkillərini öz saytlarında istifadə edirlər.
Fırıldaqçılar sizə viza alacaqlarını, nəqliyytla , xaricdə yaşayış yeri və işlə təmin edəcəklərini vəd edirlər. Bu kimi təkliflərə diqqətlə yanaşın, xüsusilə də sizdən əvvəlcədən pul ödəməyi tələb etsələr, daha ehtiyatlı olun.
Fırıldaqçılar bizə məlum olan aşağıdakı və yaxud onlara oxşar adlardan istifadə edirlər:

  • Australian Immigrant Workers Recruitment / Resettlement Program (AIWR/RP)
  • Canadian Alien Workers Recruitment Agency (CAWRA)
  • Canadian Foreign Worker’s Recruitment Program Association (CFWRPA)
  • Canadian International Recruitment Centre (CIRC)
  • Canadian International Worker’s Recruitment Association (CIWRA)
  • Canada Recruitment International Centre (CRIC)
  • Canadian Resettlement Agency (CRA)
  • Canadian Workers Recruitment Program (CWRP)
  • Global Committee on Refugee and Humanitarian Agencies (GCRHA)
  • Global Intercontinental Exchange Programme (GIEP)
  • Global Refugee and Humanitarian Agency (GRHA)
  • Global Recruitment and Resettlement Agency (GRRAOHA)
  • International Foreign Workers Recruitment Program Association Canada (IFWRAC, IWRAC or IFWRPA)
  • North America Foreign Worker's Recruitment Program Association (NAFWRPA)
  • Social Welfare Employment and Recruitment Agency (SWERA)
  • United States / Canada Recruitment and Resettlement Agency (USCRARA)
  • United States Foreign Workers Recruitment Program (USFWRP)
  • Universal Network for Humanitarian and Rehabilitation Foundations (UNHRF)
  • Universal Programme for Humanitarian Employment and Resettlement Agencies (UPHERA)
  • Universal Network for Humanitarian Employment Opportunities (UNHEO)
  • US Workers Resettlement and Recruitment Program (USWRRP)
  • US Workers Recruitment Program (USWRP)
  • World Refugees Assemblies of Humanitarian Agencies (WRAHA)

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) adından istifadə edən və ya ona istinad edən hər hansı bir təşkilata rast gəlsəniz, xahiş edirik BMqT-nin ofisinə məlumat verəsiniz.